Press "Enter" to skip to content

GAKM təsis edilməsi İranda qıcıq yaradıb

Məcid Cavadi

Son yeniləmə: 26 Aprel 2023 21:53

Məcid Cavadi: Fars-molla rejimi böhtan atmaqdansa öz əməllərinə bir daha nəzər yetirməlidir

BAYRAQDAR MEDİA – “Güney Azərbaycanın istiqlalına gedən yolda addımlar atmaqda davam edirik. Növbəti belə addım isə aprelin 22-də atıldı. Bildiyiniz kimi aprelin 22-də Bakıda BAO-nun ofisində 7 təşkilatın iştirakı və təsisçiliyi ilə yaradılan Güney Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM) təqdimatı keçirildi. Bu təşkilatlardan 4-ü Güney Azərbaycan, biri Qaşqay Türkü, biri Türkmınsəhra və biri də Quzey Azərbaycandandır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tədbirin iştirakçılarndan biri, Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Qarşıya qoyulan məqsədə nail olunacaq

O, qeyd edib ki, GAKM təsis olunarkən hədəflər açıqlanıb: “Bəyan edildi ki, əsas məqsəd İranda yaxın gələcəkdə gözlənilən qarşıdurmalar və gərginlik şəraitində Güney Azərbaycan üçün lazım olan dəstəyi təmin etməkdir. Məhz bu məqsədlə də koordinasiya işlərini aparmaq üçün GAKM təsis edilir. Bu Koordinasiya Mərkəzi bütövlükdə Güney Azərbaycanı təmsil etmək iddiasında deyil. Amma 7 təşkilat öz imkanları qədər fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirəcəklər”.

M.Cavadi deyib ki, bu mərkəzin təsis edilməsi İran rejimində qıcıq yaradıb: “Rejimə bağlı media orqanları elə ilk saatlarda təxribat xarakterli yazılar yazmağa başladılar. Yazdılar ki, guya Azərbaycan dövləti bu imkanı yaradıb ki, belə bir tədbir keçirilsin. Bunu antiİran fəaliyyət kimi qələmə verdilər. Halbuki Güney Azərbaycanın davası bir haqq mübarizəsidir. İran rejimi və dövləti Güney Azərbaycan türklərinin bütün təməl hüquq və azadlıqlarını ayaq altına alır. Belə olanda isə Güney Azərbaycan türkləri haqlı olaraq öz vətənlərində, Bakıda belə bir tədbir keçirməkdə tamamilə haqlıdırlar. Yəni fars-molla rejimi böhtan atmaqdansa öz əməllərinə bir daha nəzər yetirməlidir. Təbii ki, biz də haqlı mübarizəmizdən bir addım belə geri adım atmayacayıq”.

Mission News Theme by Compete Themes.