Son yeniləmə: 26 Aprel 2023 14:36
BAYRAQDAR MEDİA – KKTC-də iyunun 25-də keçiriləcək ara seçkidə Demokrat Partiyanın namizədi bəllidir. Bu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş Nazir Müavinliyi, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunçdur.
Bu barədə DP-nin baş katibi Serhat Akpınar öz sosial media hesabından paylaşım edib. Baş katib 25 iyunda keçirilməsi planlaşdırılan ara seçkiyə hazırlıqların başladığını və deputatlığa namizədlərinin Serhan Aktunç olduğunu açıqlayıb.
DP baş katibi S.Akpınar, “DP ailəmiz millət vəkili namizədini seçdi. Cənab Serhan Aktunç deputatlığa namizədimizdir. Aktunç qardaşımıza uğurlar arzu edirik. Yolumuz birdir… Uğurlu yolçuluğumuzda yeni dövrə qədəm qoyuruq” deyə qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycanda səfərdə olan S.Aktunç BAYRAQDAR MEDİA-ya özəl müsahibə vermişdi.