Press "Enter" to skip to content

Çin zülmü səngimək bilmir

Prof. Dr. Arslan Abdulla

Son yeniləmə: 26 Aprel 2023 21:54

Uyğur dilçi alim Arslan Abdulla 18 il müddətinə azadlıqdan məhrum edilib

BAYRAQDAR MEDİA – Çinin Doğu Türküstanda uyğur türklərinə qarşı assimilyasiya siyasəti tam sürətlə davam edir. Bu dəfə də ömrünü uyğur türkcəsinə həsr edən məşhur dilçi Prof. Dr. Arslan Abdulla 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, Çin hökumətinin Doğu Türküstanda qurduğu həbs düşərgələrində milyonlarla uyğur türkü hələ də işgəncələrə və soyqırıma məruz qalır: “Düşərgələrdə sadə insanlarla yanaşı, ziyalılar, akademiklər, elm adamları da var. Bir çox məşhur uyğur türkləri, akademiklər, elm adamları və ziyalılar həbs düşərgələrində işgəncələrə məruz qalırlar”.

Məlumata əsasən, Çin rəhbərliyinin Doğu Türküstanın Ürümçi bölgəsində qurduğu universitetdə çalışan, 3 cildlik nəhəng elmi əsərin müəllifi Prof. Dr. Arslan Abdulla Çin həbs düşərgəsinə göndərilib: “Prof. Dr. Arslan Abdullanın 18 il həbs cəzası aldığı öyrənilib.

Arslanın qələmə aldığı üç cildlik “İndiki zaman uyğur dili” kitabı indiyə qədər yazılmış və digər uyğur türkcəsi kitablarından fərqli olaraq, uyğur türkcəsini türkologiyanın bir parçası kimi tanıtmış və xarici tədqiqatçıların uyğur türkcəsi ilə bağlı araşdırmalarını kitaba daxil etmişdir”.

Mission News Theme by Compete Themes.