Press "Enter" to skip to content

30-cı Hidrellez Festivalı yaxınlaşır

Dr. Şenol Tahir

Son yeniləmə: 26 Aprel 2023 14:33

BAYRAQDAR MEDİA – Bu il 30-cu dəfə keçiriləcək Beynəlxalq Hıdrellez Bahar Festivalı üçün geri sayım başlayıb.

Bu barədə bir müddət öncə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, 5-7 may tarixləri arasında Quzey Makedoniyada Çalıklı və ətraflarında keçiriləcək festivalda Hidrellez adət-ənənələri, folklor tamaşaları, simpoziumlar, sərgilər və yağlı güləş kimi müxtəlif tədbirlər keçiriləcək.

Festivalın rəhbəri Dr. Şenol Tahir “Bu il 30-cu dəfə keçirəcəyimiz Hıdrellez Bahar Festivalının ən yaxşı təşkili üçün hazırlıqlara çoxdan başladıq. Əslində, bu il festivalın yaranmasının 32-ci ildönümüdür. Lakin məlum Covid 19 pandemiyası səbəbindən 2 il festivalı təşkil edə bilmədik. 30-cu festivalla yanaşı bu il həm də 40-cı Ənənəvi Yağlı Güləş yarışını da keçirəcəyik. Türk Mədəniyyəti Simpoziumunu isə 25-ci dəfə təşkil edəcəyik. Bundan əlavə, festivalımız UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin beşinci ildönümüdür. Yəni bu il əslində 4 yubileyi qeyd edəcəyik” deyib.

O, hər kəsi festivalda iştiraka dəvət edib: “Bütün türk xalqını və Makedoniyada yaşayan bütün vətəndaşları festivalımıza dəvət edirik. Elmdə, mədəniyyətdə, idmanda, ictimai cəmiyyətdə yeri olan hər bir şəxs dəvətlidir. Hıdrellez baharın müjdəçisi, təbiətin yenidən oyanması deməkdir və bütün bu çətinliklərdən, pandemiyalardan, zəlzələlərdən sonra türk dünyasını bir daha bir yerdə görməkdən hamımız xoşbəxt olacağıq”.

Mission News Theme by Compete Themes.