Son yeniləmə: 25 Aprel 2023 12:22
BAYRAQDAR MEDİA – Türkiyənin milli təhsil naziri Mahmut Özer 6 fevral Kahramanmaraş zəlzələsindən zərər çəkmiş şagirdlər üçün 1 avqust – 1 sentyabr 2023-cü il tarixləri arasında xüsusi proqramın həyata keçiriləcəyini açıqlayıb.
Kırım Haber Ajansının məlumatına görə, M. Özer deyib: “Şagirdlərimizin ikinci semestrdəki qiymətləri birinci semestrdən aşağı olarsa, birinci semestrin etibarlı olacağı bir araşdırmanı nəzərdən keçiririk”.
Nazir həmçinin, zəlzələ zonasında olan bütün rayonlarda məktəblərin açıldığını qeyd edib. Bildirilib ki, təbii fəlakətdən sonra digər yerlərə köçürülən 35 min şagird öz əyalətlərinə geri dönüb. Nazirlik zəlzələ zonasında avqustun 1-dən sentyabrın 1-dək şagirdlərə qiymətlərini düzəltmək üçün əlavə imkan yaradacaq.