Press "Enter" to skip to content

Seçki iyunun 25-də olacaq

Ünal Üstel açıqlama verərkən

Son yeniləmə: 25 Aprel 2023 13:38

BAYRAQDAR MEDİA Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) iyunun 25-də aralıq seçki olacaq. Ölkə parlamentinin Hüquq, siyasi məsələlər və xarici əlaqələr komitəsi bununla bağlı qərar layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Kibris Postası xəbər verir ki, komitə seçki qadağalarının 30 günə endirilməsi təklifini də qəbul edib. Hər iki təklif parlament tərəfindən təsdiqlənərsə, seçki qadağaları mayın 27-dən qüvvəyə minəcək.

Yeri gəlmişkən, iyun ayında keçiriləcək seçkidə hakim Ulusal Birlik Partiyasının (UBP) millət vəkili sayını 25-ə çatdırmasının böyük əhəmiyyət daşıdığını vurğulayan Baş nazir Ünal Üstel bunun üçün partiya üzvlərinin birlik içində çalışmalarını istəyib. O, UBP tərəfindən iş adamı Ali Başmanın namizəd olaraq irəli sürüləcəyini bildirib.

Xatırladaq ki, Konstitusiyaya görə, Xalqın Partiyasının millət vəkili Kudret Özersayın millət vəkilliyindən istefası səbəbindən iyun ayında onun seçildiyi dairə üzrə Lefkoşada ara seçki keçirilməlidir.

Mission News Theme by Compete Themes.