Press "Enter" to skip to content

Özbəkistanda konstitusiya dəyişikliyi üçün erkən səsvermə başlayıb

Özbəksitan parlamenti

BAYRAQDAR MEDİAÖzbəkistanda konstitusiya dəyişikliyi üçün keçiriləcək referendumda erkən səsvermə prosesi başlayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda bildirilib ki, Özbəkistan Mərkəzi Seçki Komissiyası erkən səsvermə prosesinin 2023-cü il aprelin 26-dək davam edəcəyini bəyan edib. Referendumda səsvermə prosesinin 2023-cü il aprelin 30-da keçiriləcəyi açıqlanıb.

Məlumata əsasən, aprelin 30-da keçiriləcək referendum günü yaşayış yerində ola bilməyəcəyini qeyd edən seçicilər lazımi şərtləri yerinə yetirsələr, vaxtından əvvəl səs verə biləcəklər: “Özbəkistandan olan ekspertlər bildiriblər ki, yeni dəyişikliklər prezident Şavkat Mirziyoyevə 2040-cı ilə qədər hakimiyyətdə qalmağa imkan verəcək. Yeni konstitusiya layihəsində prezident fəaliyyət müddətinin 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur. Bir şəxsin ardıcıl iki müddətdən artıq prezident ola bilməyəcəyi qaydası da saxlanılıb”.

Bildirilib ki, özbək xalqı referendumdan əvvəl “Konstitusiya sənin, mənim, bizimdir” şüarı ilə tədbirlər təşkil edib: “Digər tərəfdən, Özbəkistanın ictimai və sosial mediasında konstitusiya dəyişikliyinə əhəmiyyət verənlərin sayı kifayət qədər çoxdur. Özbəkistan parlamentinin təsdiq etdiyi konstitusiya layihəsi 2023-cü il martın 15-də Özbəkistanın rəsmi qəzetində dərc olunub”.

Mission News Theme by Compete Themes.