Press "Enter" to skip to content

Azərbaycanlı media eksperti beynəlxalq təqdimatda

Qaliblərin xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət aprelin 22-də Dubayda keçirilmiş beynəlxalq jurnalist mükafatının təqdimat mərasimində iştirak edib.

Xəbər BAYRAQDAR MEDİA-ya aprelin 25-də MŞ-dən daxil olub.

Azər Həsrətin verdiyi xəbərə görə, dünyanın ən böyük maliyyə fonduna malik olan və Fetisov Jurnalistika Ödülləri adı ilə artıq 4-cü dəfə təqdim edilən mükafat 4 istiqaməti əhatə edir. Araşdırma, sülhə xidmət, vətəndaş hüquqları və ətraf mühit mövsuzunda yazan jurnalistlər bu müsabiqədə iştirak edib.

Qeyd edilən istiqamətlər üzrə ilk yeri tutan jurnalistlərin hər birinə 100 min İsveçrə frankı (192 min manat) məbləğində pul mükafatı verilib. 2-ci yerə 20 min, 3-cü yerə isə 10 min frank mükafat verilib.

Qaliblər dünyanın 81 ölkəsindən göndərilmiş 350 yazının müəllifləri arasından seçilib. İlkin mərhələdə yazıları Azər Həsrətin də daxil olduğu beynəlxalq ekspertlər şurası saf-çürük edib. Daha sonra jüri növbəti mərhələyə keçən 37 yazı arasından qalibləri seçib.

Azər Həsrət səfər çərçivəsində beynəlxalq platformalarda özünəməxsus yeri olan media peşəkarları ilə görüşüb, müzakirələr aparıb. Eyni zamanda o, ödülün təşəbbüskarı, iş adamı, filantrop, prodüser Gleb Fetisovla görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azər Həsrət artıq ikinci ildir ki, bu ödüllərin ekspert şurasında yer alır.

Dubay təəssüratları və ya yenidən beynəlxalq platformalarda

Mission News Theme by Compete Themes.