Press "Enter" to skip to content

Mir Cəlal Paşayevin yubileyi münasibətilə sərgi

Sərginin afişası

BAYRAQDAR MEDİA – Aprelin 26-da görkəmli alim, yazıçı, Prof. Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında kitab sərgisi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 25-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə ədibin “Bir gəncin manifesti” romanı (azərbaycan və rus dillərində), “Yaşıdlar” povesti, hekayələri, “Seçilmiş əsərləri”, “Biblioqrafiya” nümayiş olunur. Bundan əlavə, sərgidə görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlərin, elmi tədqiqatların toplandığı “Mir Cəlal yaradıcılığında Vətən sevgisi, milli şüur və həmrəylik problemləri, humanizm fəlsəfəsi, erməni məsələsi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlal yaradıcılığının səhnə həyatı” kimi əsərlər yer alır”.

Qeyd edək ki, yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.

Mission News Theme by Compete Themes.