Son yeniləmə: 25 Aprel 2023 08:47
BAYRAQDAR MEDİA – Yaponiya vətəndaşı, ABŞ təhsilli Doğu Türküstan əsilli uyğur qızı Arfiyə Eri Yaponiya parlamentinin deputat mandatını qazanıb. O, seçki marafonunda altı namizəddən biri kimi ilk yeri tutub. Arfiyə yarışda ikinci yeri tutan namizəddən beş min artıq səs toplayaraq bu uğura imza atıb.
Xəbəri Radio Free Asia (Erkin Asiya Radyosu) aprelin 24-də yayıb. Sözügedən seçki isə aprelin 23-də keçirilib.
Xəbərdə qeyd edilir ki, Arfiyə (Əlfiyə) yurd dışında parlament üzvlüyünə seçilən ilk uyğurdur. Onun hazırda 34 yaşı var, yapon dili ilə yanaşı çin, ingilis, türk dillərini də yüksək səviyyədə bilir. Arfiyə ABŞ-nin Corctaun Universitetinin məzunudur, bir müddət BMT-nin Nyu Yorkdakı baş qərargahında işləyib.
Bildirilir ki, Arfiyə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının namizədi kimi seçkidə iştirak edib.
元議員と新人のあわせて7人の争いとなった衆議院千葉5区の補欠選挙は、自民党の新人で公明党が推薦する英利アルフィヤ氏の初めての当選が確実になりました。https://t.co/TEv5X9JjO5#nhk_video pic.twitter.com/G4b3V41u6V
— NHKニュース (@nhk_news) April 23, 2023
Gündoğar ölkədə bir uyğur qızının bu yüksək uğuru dünya uyğurlarının sevincinə səbəb olub. Onlar Çinin zülmü altında inləyən uyğurların səsinin dünyada daha yaxşı eşidilə bilməsi baxımından bu uğura böyük ümidlər bəsləyirlər.
皆さまのおかげで、当選させて頂くことができました。多くの皆さまに支えて頂き、本当にありがとうございました🙇 #市川市 #浦安市 #千葉5区 pic.twitter.com/fA6Tjml4V4
— 英利 アルフィヤ【衆議院議員(千葉5区: 市川市・浦安市)】 (@eri_arfiya) April 23, 2023