Press "Enter" to skip to content

Bülent Maşaoğlu: Birliyimiz daha da dərinləşəcək

Bülent Maşaoğlu

BAYRAQDAR MEDİA – “Mən ülkücüyəm və hər bir ülkücü kimi mən də türk milliyətçisiyəm. Üstəlik mən türk dünyası sevdalısıyam”.

Bunu qardaş Türkiyənin Milliyetçi Hərəkat Partiyasının MYK üzvü, partiyanın Eskişehir şəhərindən millət vəkilliyinə birinci sıradan namizədi Bülent Maşaoğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Qeyd edək ki, maraqlı məqamlarla zəngin olan müsahibəni tezliklə oxucularımıza təqdim edəcəyik.

Məlumat üçün bildirək ki, bu vaxta kimi bır sıra vəzifələrdə olan, həmçinin MHP İstanbul İl Başkanlığı’nda Türk Dünyasından sorumlu İl Başkan yardımcısı vəzifəsini icra etmiş B.Maşaoğlu Eskişehirspor futbol klubunun İdarə Heyətinin keçmiş üzvlərindən biri olub. O, həmçinin, Boğazın Kırmızı Şimşekleri Dərnəyinin idarəçilərindən biridir.

Xüsusilə də Azərbaycana sevgisi ilə tanınan B.Maşaoğlu, “həm ülkücü, həm türk milliyətçisi, həm də türk dünyasının aşiqi olunca və söhbət türk dünyasının seçilən yerlərindən biri olan Azərbaycandan gedincə isə orada bir dayanmaq, dərin xəyallara dalmaq lazımdır. Mən fürsətdən istifadə edib sizin vasitənizlə bütün azərbaycanlı qardaşlarıma salam və ehtiramımı çatdırıram” deyib.

O, millət vəkili seçiləcəyi təqdirdə türk dünyasının daha da dərindən inteqrasiyası və Türkiyə-Azərbaycan qardaşlığının inkişafı istiqamətində addımlar atacağını bildirib: “Bütün səmimiyyətimlə bilmənizi istəyirəm ki, Türkiyə və türk milləti üçün nə düşünürəmsə can Azərbaycanımız üçün də eyni şeyi düşünürəm. Millətimiz dəstək verəcəyi təqdirdə türk dünyasının inteqrasiyası məsələlərində Gazi Məclisdə əlimdən gələni edəcəyimə heç kəsin şübhəsi olmasın. Xüsusilə “Bir millət, iki dövlət” olan can Azərbaycanımızla daha dərin inteqrasiya istiqamətində lazım olan bütün addımları atacağam. Kimsənin şübhəsi olmasın ki, bu birliyimiz daha da dərinləşəcək və daha böyük, daha güclü olacayıq”.

.

Mission News Theme by Compete Themes.