BAYRAQDAR MEDİA – Aprelin 25-də Prezident İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
O da bildirilir ki, paytaxt “Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib”.
Mərasimdə tərəfləri təmsil edən nazirlər, həmçinin İ.Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev çıxış edib.
Daha sonra İ.Əliyev və R.Radev Sofiyada SOCAR Bolqarıstanın ofisinin açılış mərasimində iştirak edib.
Ardından da Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub, sonra da birlikdə nahar ediblər.
Prezidentin səfəri başa çatıb və o, Azərbaycana yollanıb.