BAYRAQDAR MEDİA – Aprelin 26-da Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşada əsas rollarda Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev, digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikov olacaq”.
Qeyd edək ki, saat 19:00-da başlayacaq tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.