Press "Enter" to skip to content

Əkbər Qoşalı: Makron Fransası yenə öz ampluasındadır

Əkbər Qoşalı

Son yeniləmə: 25 Aprel 2023 09:33

BAYRAQDAR MEDİA – “Ermənistanın 30 il ərzində sərgilədiyi vəhşiliklərə, törətdiyi bəşəri, təkcə insanlara deyil, hətta dağa, daşa, çaya belə qarşı həyata keçiridyi bağışlanmaz cinayətlərə susqun yanaşan Fransa Azərbaycan düşmənçiliyin davam etdirir. Bu dəfə də Makron Fransasını sancılandıran Azərbaycanın son addımıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.

Xatırladaq ki, aprelin 23-də Azərbaycan Respublikası Laçın-Xankəndi yolunun başlanğıcında – Azərbaycan-Ermənistan sərhəddində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini həyata keçirib. Lakin bu, Ermənistanın əsas himayədarlarından olan Fransanın yuxusunu ərşə çəkib. Fransanın Avropa və Xariciİşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr Azərbaycanı hədəfə alan sayıqlama ilə çıxış edib.

Öz növbəsində bu məqama toxunan Ə.Qoğalı “Üç onillik boyunca qudurğancasına sərbəst gəliş-gedişə adət etmiş, ərazi bütövlüyü, suveren hüquqlarımızı, beynəlxalq hüquqları heçə sayan zehniyyət sahibləri 23 apreldəki tarixi addımımızdan bərk əndişəyə düşüblər. Qafqaza heç bir aidiyyayı olmayan, dövlət urvatını itirmiş Makron Fransasının Avropa və Xariciİşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr əsassız bir açıqlama verib. Görünən odur ki, Azərbaycanın beynəlxalq sənədlərdə də öz təsdiqini tapmış hüququndan istifadə edərək öz suveren ərazisində və sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi fransızları qeyzləndirib. Bir sözlə, Makron Fransası yenə öz ampluasındadır”.

Ə.Qoşalı sonda, “Qafqazlardan çox-çox uzaqlardakı Fransa Azərbaycanın qanuni haqlarına qarşı çıxıb, hər hansı beynəlxalq sənədə zidd olduğu iddiasını irəli sürüncə, buyursun, özünün hər hansı bir qonşusu ilə sərhəd-buraxılış məntəqəsini sıfırlasın- bizdən tələb etdiyinin örnəyini özü yaratsın. Təbii ki, bu mümkün deyil. Bunu Makron və onun komandası da çox gözəl bilir. Sadəcə olaraq bunlar hər addımbaşı Azərbaycanı hədəfə almaqda bir növ adətkar olublar” deyə əlavə edib.

Mission News Theme by Compete Themes.