BAYRAQDAR MEDİA – ABŞ Azərbaycanın öz sərhədində nəzarət məntəqəsi qurmasından narahat imiş. Gəl də indi anla bunları!
Niyə, ay ABŞ? Bir müstəqil dövlət başqa bir dövlətlə olan sərhədini qorumaq, ona nəzarət etmək haqqına sahib deyilmi?
Yəni ay ABŞ, siz, misal üçün, Kanada, Meksika kimi qonşu dövlətlərinizlə sərhədinizdə yoxlama-keçid məntəqələri qura bilərsiniz, Azərbaycan Ermənistanla sərhəddə bunu edə bilməz?
Necə olur ki, siz ABŞ dövləti olaraq Meksika ilə sərhədinizə hətta beton divarlar qurursunuz, biz sadəcə adi bir sərhəd-keçid məntəqəsi quranda narahat olursunuz?
The United States is deeply concerned that Azerbaijan’s establishment of a checkpoint on the Lachin corridor undermines efforts to establish confidence in the peace process. https://t.co/Dw4fdrxmLc
— U.S. Embassy Baku (@USEmbassyBaku) April 23, 2023
Bu ağılla siz necə qlobal güc ola bilmisiniz, anlamıram düzü. Hə, ola bilər ki, bizim Quzey qonşumuz, təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın başına bəla olmuş Rusiya kimi “güc varsa, ağıla gərək yoxdur” məntiqiniz sizi də belə yersiz bəyanatlar verməyə sövq edib…
Ermənilərin humanitar hüquqlarından danışırsınız. Onların bu hüquqları ilə kimin nə işi var axı? Azərbaycan dövləti durmadan deyir və əməldə də göstərir ki, Qarabağ ermənilərinin istənilən məsələsini həll edəcək iradəyə sahibdir. İndi sizin kimi qlobal güclər imkan versə, çoxdan biz ermənilərlə ortaq dil tapmış və əbədi sülhə nail olmuşduq. Yeri gəldi-gəlmədi kirli burnunuzu soxursunuz, iki xalq arasında münasibətlərin normallaşmasını əngəlləyirsiniz. Bunu adətən Rusiya edərdi və edir. Amma sizin də Rusiya xoruna qoşulmağınız bir balaca sual yaradır…
Bu şeyləri anlamayan və ya anlamaq istəməyən ABŞ və bənzəri güclərə bir daha izah edirik ki, Ermənistanla sərhədə qurulan nəzarət-keçid məntəqəsi istər milli, istərsə də beynəlxalq hüquq çərçivəsində hərəkətin nəticəsidir. Heç bir dövlətin, o cümlədən də ABŞ-nin bu məsələdə Azərbaycanı ittiham etməyə haqqı yoxdur. Bunu anlamaq və ya bilmək üçün də xüsusi istedada ehtiyac duyulmur…
Bu arada onu da deyək ki, əgər ABŞ-nin dərdi doğrudan da dayanıqlı sülhə töhfə verməkdirsə, buyurub işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə altını üstünə çevirdiyi Qarabağdakı dinc quruculuq işlərinə dəstək olsun. Nəsə görmürük axı bu dəstəyi. Həm də nəzərə almaq lazımdır ki, o torpaqlara 700 mindən çox insanın – yerli sakinin geri dönməsi lazımdır.
Hə, ABŞ özü üçün bəyanat verməyində olsun, biz də öz işlərimizi özümüz həll etməkdə olaq. Onsuz da o böyük güclərin işi xalqları qarşı-qarşıya gətirib əlavə qazanc imkanları əldə etməkdir. Ona görə də elə ermənilər də artıq anlasın ki, bundan sonrası yoxdur. Ya Azərbaycanla razılığa gələcəklər, ya da gələcəklər!