Son yeniləmə: 20 Aprel 2023 08:31
BAYRAQDAR MEDİA – KKTC parlamentinin sədri Zorlu Töre Ulusal Egemenlik ve Çocuk Bayramı münasibəti ilə kabinetində vəzifə kreslosunu Dr. Suat Günsel İbtidai məktəbinin şagirdi Bade Çakıra təhvil verib.
Kibris Postası xəbər verir ki Yeni Yüzyıl Ana okulunun müdiri Filiz Boyoğlunun başçılıq etdiyi 15 şagirddən ibarət heyət parlament sədri Zorlu Töreni kabinetində ziyarət edib. F.Boyoğlu onları qəbul etdiyi üçün Z.Töreyə təşəkkür edib və şagirdlərin ölkənin hər yerindən fərqli məktəblərdən gəldiyini bildirib.
Qəbulda Z.Töreni UBP millət vəkili Hasan Küçük müşayiət edib.
Z.Töre şagirdlər qarşısında çıxışında milli suverenlik mübarizəsinə işarə edib: “Bugünkü suverenliyimizi müqəddəs şəhidlərimizə və qəhrəman qazilərimizə borcluyuq”.
23 aprelin Atatürkün uşaqlara hədiyyəsi olduğunu qeyd edən Z.Töre, “Biz də böyük türk millətinin bir parçası olduğumuz üçün 23 apreli Kıbrısda qeyd edirik. Bizim dövlətimizdən əl çəkməyimiz söz mövzusu deyil” deyib.
Məclis sədri vəzifəsini simvolik olaraq təhvil alan
Bade Çakır mərhum Qurucu prezident Rauf Raif Denktaşın “İki bayrağım var” şeirini oxuyub.