Son yeniləmə: 20 Aprel 2023 16:09
BAYRAQDAR MEDİA – Şumen yaxınlığındakı “Biserna” mağarası turistlərin ziyarəti üçün yenidən açılıb.
Radio Bolqarıstan xəbər verir ki, bu mağara ildə yalnız iki dəfə, təxminən iki ay yazda və payızda yarasalar qışlamadan əvvəl ziyarət edilə bilər. Bu məhdudiyyətlər burada yaşayan 14 yarasa növünün koloniyaları səbəbindən tətbiq edilir.
Məlumatda deyilir ki, mağara “Köşkyovete” (Köşklər) parkında yerləşir və ora xüsusi işarələnmiş piyada yolu ilə getmək olar.
“Şumen yaylası” Təbiət Parkı Müdirliyindən İrina Pavlova, BNR Şumen Radiosuna verdiyi açıqlamada “Bu mağaranın bütün gözəlliyindən zövq almaq üçün isti paltar, uyğun ayaqqabı lazımdır” deyib.
İ.Pavlova bildirib ki, ötən il turist səfəri dövründə “Biserna” mağarasına 2000-ə yaxın turist gəlib.
3 milyon 500 min illik mağaranın gəziləcək bğlümü bir istiqamətdə təxminən 800 metrdir. Mağara həm də “Zandana” adı ilə də tanınır.
Ziyarətlər yalnız əvvəlcədən qeydiyyatdan keçməklə həyata keçirilir. Qeydiyyat mərkəzi yalnız iş günləri işləyir.