Press "Enter" to skip to content

Rusiya hökuməti hətta mövcud məscidləri də dağıdır

Kazandakı Qul Şərif məscidi

BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan Hökuməti Rusiyanın müsəlmanları sıxışdırmasına etiraz olaraq bəyanatla çıxış edib.

Bu haqda xəbəri sözügedən Hökumətin Baş naziri Rafis Kaşapov yayıb.

Xəbərdə deyilir ki, Hökumət bütün Rusiya ərazisində məscidlərin tikilməsinə qoyulan qadağa və mövcud məscidlərin dağıdılmasından narahatdır.

“Biz bu bəyanatla Rusiyadakı ümmətin diqqətini cəlb etmək istəyirik. Rusiya çoxmillətli ölkədir, burada yüzlərlə xalq yaşayır, özəlliklə də islamı xristianlıqdan da öncə qəbul edənlər”, – deyə bəyanatda bildirilir.

Sonra da qeyd edilir ki, təkcə Moskvada qeyri-rəsmi rəqəmlərə görə 18 mln insan yaşayır ki, onlardan da ən azı dörddə biri (4,5 mln nəfər) müsəlmanlardır. Amma bu müsəlman əhaliyə cəmi 5 məscid xidmət göstərir. Bu isə o deməkdir ki, çoxmilyonlu müsəlman əhalinin yeni məscidlərə ehtiyacı var. O da qeyd edilir ki, Rusiyanın digər şəhərlərində məscidlərin tikilməsi istiqamətində təşəbbüslər yeni islamofobiya dalğasına səbəb olub.

Bəyanat müəllifləri müqayisə üçün başqa xristian ölkələrindəki məscidlərlə bağlı rəqəmləri də təqdim edir. Onlar qeyd edir ki, Londonda 462, Parisdə 200, hətta müsəlmanların elə də çox olmadığı Tokioda onlarla məscid fəaliyyət göstərir. Müsəlmanların sayının bu qədər çox olduğu Moskvada isə cəmi 5 məscid var!

Eyni zamanda müsəlmanların Moskvada cümə və bayram günlərində asfalt üzərində namaz qılmağa məcbur olmasına diqqət çəkilir. Bu isə ölkədə bərabərliyin olması haqqında deyilənlərin sözdən başqa bir şey olmadığı deməkdir.

Xatırladılır ki, Kalininqradda tikintisi başa çatmaq üzrə olan məscid dağıdılıb. Urenqoy şəhərində isə mövcud məscidi yıxıblar. Pyatiqorsk şəhərində bir məscidin minarəsini məcburi dağıtdırıblar. Stavropolda tarixi məscid qanuna görə dini icmaya verilməlidir, amma yerli hakimiyyət bu məsələyə baxmağı belə rədd edir. Tambov şəhərində 15 ildir fəaliyyət göstərən məscidi də qanundankənar elan ediblər.

Bəyanat müəllifləri bu faktları sadalamaqla bütün müsəlmanlara çağırış edir, onları etirazlara dəstək və məscid tikintisinə yardımçı olmağa çağırır.

Mission News Theme by Compete Themes.