BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi böhranın həlli istiqamətində növəbti addım atılıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, GERB-SDS-dən olan Rosen Jelyazkov 136 lehinə, 94 bitərəf olmaqla parlamentin sədri seçilib.
“Vizrajdane” partiyasından olan namizəd Petar Petrovun lehinə isə cəmi 36 deputat səs verib.
Məlumata görə, parlamentin yeni sədrinin 55 yaşı var və hüquqşünasdır. Bundan əvvəl o, bır sıra vəzifələrdə çalışıb.