Press "Enter" to skip to content

Prezident bir daha Azərbaycanın mövqeyini bütün dünyaya bəyan etdi

Emin Həsənli

Emin Həsənli: Hesab edirəm ki, bu, kifayət qədər qəti və aydın fikirdir və istər ermənilər, istərsə də onları təxribatlara sövq edən xarici güclər bundan nəticə çıxarmalıdırlar

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə çox önəmli məsələlərə toxunub. Müsahibədə Azərbaycanın müxtəlif sahələrinə dair məsələlərə, o cümlədən Ermənistan – Azərbaycan münaqişəsinə dair maraqlı fikirlər səsləndirib”.

Bunu BAYARQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, dövlət başçısı açıq bəyan edib ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir və heç bir beynəlxalq qüvvə ilə bu müzakirə olunmayacaq: “Cənab Prezident müsahibəsində bir daha Azərbaycanın mövqeyini bütün dünyaya bəyan etdi. Dövlət başcısı, “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir” deyə bildirdi. Cənab Prezident həmçinin, dedi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Hesab edirəm ki, bu, kifayət qədər qəti və aydın fikirdir və istər ermənilər, istərsə də onları təxribatlara sövq edən xarici güclər bundan nəticə çıxarmalıdırlar”.

E.Həsənli bildirib ki, ümumiyyətlə, ermənilər bir dəfə öz müqəddaratını təyinetmə hüququndan istifadə ediblər: “Ermənilər “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra bizim torpaqlara köçürülüb, bizim torpaqlarda özlərinə dövlət qurublar. Amma onlar xislətlərindən əl çəkmirlər. İndi də Qarabağdakı separatçılar hansısa torpaq iddiasını irəli sürür, daha doğrusu sayıqlamalar edirlər. Lakin indi zaman da, şərtlər də dəyişib. Artıq ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil, qalib və qüdrətli Azərbaycan var. Dövlət başçısının da bəyan etdiyi kimi, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Ötən qısa müddət ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələr baş vermişdir. Bir sözlə, Azərbaycan dövləti və Azərbaycan Ordusu dəfələrlə göstərib ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.

Mission News Theme by Compete Themes.