Press "Enter" to skip to content

İranın başqa bir yolu yoxdur

Telman Nüsrətoğlu

Son yeniləmə: 20 Aprel 2023 08:29

Telman Nüsrətoğlu: İran Güney Qafqazda yeni geosiyasi vəziyyətin yarandığını gec-tez qəbul etməlidir

BAYRAQDAR MEDİA – “İranın bölgədə qüdrətli Azərbaycan dövlətinin varlığını qəbul edə bilməməsi hər kəsə gün kimi aydındır. Yəni, Azərbaycanın, türk dünyasının bölgədə güclənməsi İran ciddi şəkildə narahat edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

O, qeyd edib ki, İran Güney Qafqazda yeni geosiyasi vəziyyətin yarandığını gec-tez qəbul etməlidir: “İranın başqa bir yolu yoxdur. Bu gərginliyi artırmaq ancaq və ancaq İranın özünün əleyhinə işləyəcək. Çünki Azərbaycan bütün hallarda haqlıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və üstəlik də sülh diplomatiyasını gündəmə gətirib. Azərbaycan regional inkişafa yönələn bir siyasət həyata keçirir. Azərbaycan dəfələrlə çağırış edib ki, gəlin hamımız bir yerdə altılı platforma çərçivəsində regionda yeni bir durum yaradaq. Əməkdaşlıq edək. İran da bura daxil olsun. Amma İran buna qarşı çıxır”.

T.Nüsrətoğlu deyib ki, əslində, İranın qarın ağrısının nə olduğunu biz yaxşı bilirik: “Amma İran bu siyasəti ilə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla həm daxildə, həm də xaricdə özünü çətin duruma salır. Daxildə ona görə ki, İran daxilindəki Güney Azərbaycanlıları və türkləri qəzəbləndirir. Xaricdə isə Güney Qafqazdakı prosesləri hər keçən gün daha da öz əleyhinə yönəldir. İranın bu prosesdən qazanclı çıxmasının tək bir yolu var. O da Azərbaycanın yanında yer almaq, yanlış siyasətdən imtina etmək və Türkiyə ilə, Azərbaycanla normal münasibətlər çərçivəsində addımlar atmaqdan keçir”.

Mission News Theme by Compete Themes.