Son yeniləmə: 20 Aprel 2023 15:06
BAYRAQDAR MEDİA – Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu KKTC-nin yeni turizm bölgələrinin müəyyən ediləcəyini bildirib.
Bu barədə Kibris Postası məlumat yayıb.
Bildirilib ki, BRT ekranlarında yayımlanan və Levent Kutayın hazırlayıb təqdim etdiyi ‘”50+1” adlı verilişin qonağı olan Fikri Ataoğlu yeni mövsüm əvvəli turizm fəaliyyətlərini qiymətləndirib.
F.Ataoğlu, Fly Kıbrıs Hava Yollarının müntəzəm uçuşlarının başlaması ilə turizm potensialının artacağına inandıqlarını və bilet qiymətlərinin daha da tarazlaşdırılmasının gözlənildiyini bildirib.
O, KKTC-nin yeni turizm bölgələrinin müəyyən ediləcəyini və investisiyaların bu bölgələrə yönəldiləcəyini bildirib.
Turizm fəaliyyətinin artırılması ilə bağlı Azərbaycanla danışıqların davam etdiyini deyən F.Ataoğlu, ilk növbədə Azərbaycandan fenomenlərin tezliklə ölkəyə gələcəyini qeyd edib.