Son yeniləmə: 20 Aprel 2023 08:41
BAYRAQDAR MEDİA – Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançesin “Yalnız sərhədləri delimitasiya etməklə Ermənistan və Azərbaycan sülh içində yaşaya bilər” sərlövhəli məqaləsi dərc edilib.
Bu barədə Azərbaycanın Meksikadakı səfriliyindən məlumat verilib.
Bildirilib ki, məqalədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməlləri və vandalizminə geniş yer verilərək, Ermənistanınbu gün də Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə davam etdiyi və bununla davamlı sülhə nail olmaq üçün iki ölkə arasında sərhədlərin delimitasiyasınınaparılmasına səy göstərmədiyi qeyd olunur.
Məlumata əsasən, məqalədə xüsusilə, bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd postlarına hücumu, silahsız Azərbaycan əsgərinə qarşı erməni vəhşiliyini əks etdirən videoların yayılması və Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması kəskin şəkildə pislənilir: “Həmçinin,Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, həmin ərazilərin tamamilə dağıdıldığı və Azərbaycanın maddi-mədəni irsinin vandalizmə məruz qaldığı qeyd olunur. Bu xüsusda müəllif 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı bütün bu vəhşiliklərin canlı şahidi olduğunu bildirir. Məqalədə həmçinin, erməni işğalçıları tərəfindən basdırılmış yüz minlərlə minaya rəğmən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin görüldüyü vurğulanır, ölkə başçısınınsözlərinəistinad edilərək, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlərin azərbaycanlıların – bu torpaqların sahiblərinin öz doğma dədə-baba torpaqlarına qayıtdığını göstərdiyi qeyd olunur”.
Sonda Ermənistan bir daha atəşkəsə və beynəlxalq hüquqa əməl etməyə, yaxın müddətdə sərhədlərin delimitasiyasını həyata keçirməyə çağrılır.