Press "Enter" to skip to content

Birinci rübdə pensiya ödənişləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 20 Aprel 2023 15:50

BAYRAQDAR MEDİA – 2023-cü ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 416 mln. manat vəsait yönəldilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiyaların orta aylıq məbləği 16 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 15 faiz artaraq 456 manata çatıb: “Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib”.

Məlumata əsaəsn, 2023-cü ilin 3 ayı ərzində 10,3 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 81,7 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mission News Theme by Compete Themes.