Press "Enter" to skip to content

“Balıqçının qızı” filminin premyerası olacaq

Balıqçının qızı

BAYRAQDAR MEDİA – Aprelin 24-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı debüt filminin premyerası olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıqçının qızı Sara balıq ovu zamanı itkin düşmüş atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur”.

Filmin nümayişindən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək. İştirak etmək istəyənlər qeydiyyatdan keçməli olacaqlar.

Qeyd edək ki, saat 19:00-da başlayacaq filmin prodüseri Mariya İbrahimovadır.

Mission News Theme by Compete Themes.