Press "Enter" to skip to content

Kitab tanıtma: “Dərdə əyilmə”

Dərdə əyilmə

Son yeniləmə: 19 Aprel 2023 11:39

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də Xalq şairi Sabir Rüstəmxanlının “Dərdə əyilmə” kitabıdır.

Kitabı müstəqillik yolunun mənəvi xəritəsi və ya itirilmiş imkanlar haqqında elegiya da adlandırmaq olar.

Nəşrdə “Yurd sevgisi, söz namusu”, “Köhnə dünyanın yeni düşüncəsi”, “”Azərbaycan”nın harayı”, “Min ilin başında düşüncələr”, “Söz sözü çəkər”, “Açıq məktublar”, “Türk birliyinin yolu Güney Azərbaycandan keçir” kimi başlıqlarda şairin publisistik yazılarının bir qismi toplanıb. Bu yazılar bütöv bir əsərin parçaları kimi oxunur və sözün ictimai rolunu və cəmiyyətin həyatındakı əhəmiyyətini göstərir.

Məqalələrin yazıldığı illər Azərbaycan tarixinin şərəfli, lakin itki və faciələrlə dolu, müharibənin fiziki və mənəvi yaraları altında xalqın ürəyinin sizladıöı illərdir. Azərbaycanın müstəqillik hərəkatının liderlərindən və bağımsız dövlətin qurucularından olan müəllif bu çətin dönəmijn qüruru ilə yanaşı, bütün ağrılarını da yaşayıb.

Kitab müəllifin “Ömür kitabı” əsəri kimi Azərbaycan publisistikasının zirvələrindən biri və inkaredilməz uğurudur.

Mission News Theme by Compete Themes.