Press "Enter" to skip to content

İki min iki yüzə yaxın şəxs peşə hazırlığına cəlb edilib

Son yeniləmə: 19 Aprel 2023 15:47

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin1-ci rübündə 2190 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 19-da Agentlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 1191 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub: “ Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Artıq 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslərin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır”.

Mission News Theme by Compete Themes.