Press "Enter" to skip to content

GERB-SDS və “PP-DB” koalisiyaları arasında mühüm razılıq

Bolqarıstan parlamenti

Son yeniləmə: 19 Aprel 2023 13:36

Rosen Jelyazkovun parlament spikerliyinə namizədliyini dəstəklənəcək

BAYRAQDAR MEDİABolqarıstanda seçkidən sonra siyasi gərginlik hələ də davam edir. Bu arada seçkinin nəticəsinə görə birinci və ikinci yerdə olan siyasi qüvvələr GERB partiyasından Rosen Jelyazkovun parlamentin sədri seçilməsinə razılaşıblar.

Radio Bolqarıstan xəbər verir ki, GERB-SDS və “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan” koalisiyaları parlamentin fəaliyyətini davam etdirdiyi müddətcə hər üç aydan bir “dövriyyəli sədrlik” haqqında razılığa gəliblər.

İki koalisiya məhkəmə-hüquq islahatları üçün konstitusiya çoxluğunun təmin edilməsi üçün digər parlament qruplarına təqdim olunacaq birgə qanun layihələrinin siyahısını hazırlayıb.

Baxılacaq ilk qanun layihələrindən biri məişət zorakılığı ilə mübarizə haqqındadır.

Hökumətin qurulması ilə bağlı danışıqlara gəlincə, “PP-DM” koalisiyasından olan Nikolay Denkov vurğulayıb ki, danışıqlar liderlər səviyyəsində aparılmalıdır.

Lakin “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan” koalisiyası ilk hökumətin formalaşdırılması mandatını dəstəkləməyəcəyi mövqeyindədir.

Mission News Theme by Compete Themes.