Press "Enter" to skip to content

Derya Akdemir qalib gələcəyinə əmindir

Derya Akdemir

Son yeniləmə: 19 Aprel 2023 10:41

Azərbaycan əsilli namizəd İstanbulda seçicilərlə görüşlərini davam etdirir

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi mayın 14-də qardaş Türkiyədə cümhurbaşqanı və parlament seçkiləri keçiriləcək.

Artıq namizədlər seçicilərlə görüşlərə başlayıb. Namizədlər arasında əslən Azərbaycandan olan, araşdırmaçı – yazar, Anka Türk Birliyinin sədri Dr. Derya Akdemir də var. Parlamentə düşmək üçün müstəqil namizəd olaraq mübarizəyə qoşulan D.Akdemir İstanbulda soydaşlarımızın kompakt şəkildə yaşadığı Halkalı, Sefaköy ve Arnavutköy bölgələrində görüşlər keçirib.

Seçicilərlə görüş zamanı
Seçicilərlə görüş zamanı

Bu barədə BAYRAQDAR MEDİA-ya millət vəkilliyinə namizəd özü məlumat verib. O, bildirib ki, keçirdiyi görüşlərdə əsasən əhalinin xoş münasibəti ilə qarşılaşır: “İllərdir siyasətdə yeni simaların axtarısında olan insanlarımız qarşılarında gənc, dinamik və onlar kimi davranan, onlar kimi geyinən, onlarla üz-üzə dayanıb problemlərini dinləyən bir namizəd görəndə istər-istəməz isti münasibət göstərirlər. Namizəd olduğum üçün sevinirlər, çünkü məni tanıyırlar, ailəmi, qohumlarımı tanıyırlar, soy-kökümü bilirlər”.

D.Akdemir deyib ki, məhəllə-məhəllə, ev-ev gəzib seçicilərin problemlərini dinləyir: “Bu proses inşallah seçiləndən sonra da davam edəcək. Həm seçildiyim bölgədə yaradacağım ofisdə, həm də Türkiyə Boyük Millət Məclisində mənə ayrılacaq kabinetimin qapısı seçicilərin üzlərinə hər zaman açıq olacaq. Bunu hər getdiyim görüşdə rahatlıqla dilə gətirirəm”.

Millət vəkilliyinə namizəd həmçinin qeyd edib ki, bundan sonrakı görüşləri Bakırköy, Arnavutköy, ikitelli, Silivri və Şirinevlərdə olacaq.

Mission News Theme by Compete Themes.