Son yeniləmə: 19 Aprel 2023 19:20
BAYRAQDAR MEDİA – Avropa Bati Trakya Türk Federasiyası (ABTTF) 21-ci dövr başqanlıq şurasının 6-cı növbəti toplantısı keçirib.
Birlik Gazetesinin məlumatına görə, ABTTF-nin Almaniyanın Vitten şəhərindəki mənzil-qərargahında keçirilən toplantıda ABTTF-nin son dövrlərdə gördüyü işlər və fəaliyyətləri dəyərləndirilib, yay tətili başlayana qədər həyata keçirilməsi planlaşdırılan beynəlxalq təşəbbüslərdən danışılıb.
Batı Trakya türk cəmiyyətindəki mövcud inkişafların da qiymətləndirildiyi yığıncaqda ABTTF Rəyasət Heyəti, Yunanıstan vətəndaşı olan səsvermə hüququna malik bütün Batı Trakya türklərinə müraciət edib. Müraciətdə onlardan mayın 21-də Yunanıstanda keçiriləcək ümumi seçkilərdə səs vermək üçün Batı Trakyaya gedərək səslərini Türk namizədlərə verməyə çağırış edilib.