Press "Enter" to skip to content

“Atatürkün uşaqları” rəsm sərgisi

Açılış mərasimi

Son yeniləmə: 19 Aprel 2023 16:39

BAYARQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəitnin Cümhurbaşqanı Ersin Tatar Milli Təhsil Nazirliyi tərəfindən Mərkəzi Lefkoşa Tədbir və Mədəniyyət Salonunda təşkil edilən 2-ci “Atatürkün uşaqları” rəsm sərgisinin açılışını edib.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, E.Tatar çıxışında sərginin açılışında iştirakdan məmnunluğunu ifadə edib. O, Mustafa Kemal Atatürkün uşaqlara hədiyyə etdiyi 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramının əhəmiyyətini vurğulayıb.
E.Tatar deyib ki, “dövləti idarə etmənin ən mühüm məqsədinin gələcəyə əmanət edəcəyimiz uşaq və gənclərimizi kamalist şəxsiyyətlər kimi yetişdirməkdir”.

O, uşaqlara öz istedadlarını üzə çıxarmaq imkanı verilməli olduğunu qeyd edib: “Biz sizi sevirik və sizə güvənirik. 23 aprel Milli Suverenlik və Uşaq Bayramınız mübarək.

Mission News Theme by Compete Themes.