Son yeniləmə: 19 Aprel 2023 16:44
BAYRAQDAR MEDİA – Aprelin 19-da Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 19-da “ASAN xidmət”dən daxil olub.
Xəbərdə deyilir ki, “aprelin 18-də Salyan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib”
Qeyd edək ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.