Press "Enter" to skip to content

Əməkdaşlıq perspektivləri müzakirə edilib

Görüşdən xatirə fotosu

Son yeniləmə: 19 Aprel 2023 14:18

BAYRAQDAR MEDİA – Avstraliyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları yerli siyasi partiyaların və Yenu Cənubi Uels parlamentinin bir qrup üzvü ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 19-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Avstraliyadakı səfirliyinin və Baş Konsulluğunun dəvəti ilə təşkil olunmuş tədbir çərçivəsində keçirilən görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru Mikayıl Oyta, Avstraliya Leyboristlər Partiyasının üzvü, Avstraliya Federal Parlamentinin müşaviri Lori Ferqyuson, Yeni Cənubi Uels parlamentinin millət vəkilləri Linda Voltz, Culia Finn və diaspor fəalları iştirak ediblər.

Məlumata əsasən, Azərbaycan icması ilə gələcək əməkdaşlıq və yeni perspektivlər barəsində fikir mübadiləsi aparılıb: “Qeyd edək ki, Sidneydəki tədbirdə Türkiyə səfiri Ufuz Gezer, Baş konsul Ali Sevin, türk icmasının, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri bir araya gəliblər”.

Mission News Theme by Compete Themes.