Press "Enter" to skip to content

Qubada 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş seminar keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİAQuba Tarix-Diyarşünaslıq Muzeyində Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşəbbüsü ilə 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilib.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, “seminarda MATM-nin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev “Tarixi – arxeoloji irsin öyrənilməsi və mühafizəsi” adlı məruzə ilə çıxış edib”.

Məluamta əsasən, L.Mustafayev məruzəsində arxeoloji irsin qorunub saxlanılmasından və arxeoloji tədqiqatların elmi əhəmiyyətindən danışaraq, arxeoloji artefaktların mədəni irsin çox mühüm hissəsini təşkil etdiyini qeyd edib.

Mission News Theme by Compete Themes.