Press "Enter" to skip to content

Qobustan qəsəbəsində ağacəkmə aksiyası

Aksiya zamanı

Son yeniləmə: 18 Aprel 2023 18:07

BAYRAQDAR MEDİA – Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Masdar” şirkətinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 18-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyada 500 ağac əkilib, abadlıq işləri aparılıb: “Məqsədi ətraf mühitin qorunması və yaşıllıqların artırılmasına töhfə vermək olan aksiya “Masdar” şirkətinin 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi ilə əlaqədar korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində reallaşdırılıb”.

Qeyd edilib ki, hazırda “Masdar” şirkəti ilə 220 milyon ABŞ dollarından çox investesiya hesabına Qaradağ GES-in inşası üzrə əməkdaşlıq davam edir. Stansiyanın cari ilin sonunadək istismara verilməsi gözlənilir.

Mission News Theme by Compete Themes.