Son yeniləmə: 18 Aprel 2023 15:50
BAYRAQDAR MEDİA – “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə maarifləndirici tibbi aksiya keçirilib.
Bu haqda SN-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, ““Dəniz Mall” ticarət mərkəzində təşkil olunmuş aksiyada iştirak edən Tərtər rayonundan olan şəhid anaları əvvəlcə Kardiologiya İnstitutunda tibbi müayinlərdən keçiblər. Kardiologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən Ramazan ayında oruc tutan şəxslərə dərmanları hansı qaydada qəbul etməyi, imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməsi haqqında ətraflı məlumat verilib”.
Daha sonra xəbərdə, “aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib” deyə qeyd olunur.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.