Press "Enter" to skip to content

Ermənistan komandaları bir müddət beynəlxaq idman yarışlarına buraxılmamalıdır

Emin Həsənli

Son yeniləmə: 18 Aprel 2023 13:28

Emin Həsənli: Bundan sonra ən azı yaxın 15-20 il ərzində Ermənistanda hər hansı bir beynəlxalq yarışın keçirilməsi qadağan edilməlidir

BAYRAQDAR MEDİA – “Biz illərdir bütün dünyaya ermənilərin necə təhlükəli olduğunu bəyan edirik. Bunların barbarlığı, törətdikləri vəhşiliklər, Xocalı soyqırımı və digər bəşəri cinayətlər barədə beynəlxalq təşkilatlara, xarici ölkələrə yetərincə məlumatlar veririk. Ermənilərin ümumilkdə insanlıq əleyhinə cinayətlər törətməkdə mahir olduqlarını bütün dünyaya car çəkirik. Lakin təəssüflər olsun ki, dünya birliyi bu günə qədər onlara lazımi cəzanı verməyib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin (TOHGM İB) sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, erməni faşizmi təkcə insanlara deyi, dini və mədəni abidələrə qarşı da bağışlanmaz cinayətlər törədib: “Bütün bunlar onu sübut edir ki, ermənilər üçün heç bir əxlaqi, heç bir insani dəyərlər yoxdur. Ən nəhayət, ötən həftə onlar əsir düşmüş Azərbaycan əsgərinə qarşı vəhşi davranışları və Azərbaycan bayrağının yandırılması ilə bir xalq olaraq nəyə “qadir” olduqlarını növbəti dəfə ortaya qoydular. Nəzərə almaq lazımdır ki, onlar Azərbaycan bayrağını beynəlxalq idman yarışının açılış mərasimində yandırdılar. Yəni, artıq bəzi beynəlxalq qurumların, xarici ölkələrin ermənilərin bu vəhşiliklərini görməzdən gəlməsi, yaxud da “görməmişik”, “bilməmişik” kimi bəhanəli yanaşmaları keçərli olmayacaq. Ortada fakt var. Daha doğrusu beynəlxalq cinayət var. Buyursunlar buna layiqli cəzanı versinlər”.

E.Həsənli deyib ki, idman bütün dünyada sülh yarışı kimi qəbul edilir: “Hətta idmançılar beynəlxalq sülh elçiləri kimi qəbul edilir. Bəzən illərlə bir-birinə qarşı qanlı mübarizə aparan ölkələr və xalqlar məhz idman yarışlarına görə atəşkəs elan ediblər. Ancaq təəssüflər olsun ki, ermənilərin prizmasından baxanda bu belə deyil. Onlar hər şeyi qara rəngdə görürlər. Hər şeyə özlərinin faşizm mahiyyətindən yanaşırlar. Əgər belə olmasaydı zalda bayrağımza qarşı o vəhşilik törədiləndə ermənilər tərəfindən buna kütləvi etiraz olardı. Bu etiraz olmadı. Əvəzinə hələ bayrağımız zala gətiriləndə ermənilər dədə-babalarının tərbiyəsinə uyğun olaraq davranış sərgilədilər. Bir sözlə, bütün dünya gördü ki, ermənilər vəhşi qəbilə təvəkkürünə xas davranış sərgiləyilər. Bu, həm də onu göstərdi ki, onlara hər hansı beynəlxalq yarış yaraşmır. Bunlar o cür yarışlara ev sahibliyi etməyə layiq deyillər”.

Müsahibimiz qeyd edib ki, indi söz beynəlxalq birliyin, dünya ictimaiyyətinin və beynəlxalq idman təşklatlarınındır: “Biz ermənilərin bu vəhşilyinə onların münasibətini gözləyirik. Buyursunlar buna lazımi şəkildə qiymət versinlər. Həmçinin, hesab edirəm ki, bundan sonra ən azı yaxın 15-20 il ərzində Ermənistanda hər hansı bir beynəlxalq yarışın keçirilməsi qadağan edilməlidir. Qoy öncə onlar özlərini inkişaf etdirsinlər, sonra hər hansı beynəlxalq yarışa evsahibliyi etmək barədə düşünərlər. Həmçinin düşünürəm ki, Ermənistan komandaları bir müddət beynəlxaq idman yarışlarına buraxılmamalıdır. Əks təqdirdə beynəlxalq birlik faşist təfəkkürlü dövlətin və xalqın nazı ilə oynadıqca onlar daha da azğınlaşacaqlar”.

Mission News Theme by Compete Themes.