Press "Enter" to skip to content

Bələdiyyə başqanı uşaqlarla bir arada

Osman Zolan uşaqlarla bir arada

Son yeniləmə: 18 Aprel 2023 15:45

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi İctimai Həyat və Mədəniyyət Mərkəzi 3-6 yaş Uşaq Oyun Qrupu şagirdləri yaxınlaşan 23 Aprel –  Ulusal Eğemenlik və Çocuk Bayramı üçün xüsusi proqram hazırlayıb. Rəngarəng şoulara səhnə olan proqrama qatılan bələdiyyə başqanı Osman Zolan balacaların bayram sevincinə şərik olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyük Şəhər Bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, balacaların bayramqabağı proqramına Osman Zolanla yanaşı Böyükşəhər Bələdiyyəsi Şəhər Şurasının sədri Ali Değirmenci, Böyükşəhər Bələdiyyəsi İctimai Həyat və Mədəniyyət Mərkəzinin 3-6 yaşlı Uşaq Oyun Qrupu şagirdləri və çox sayda valideyn Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Şurasının təşkil etdiyi fəaliyyətə qatılıb.

Osman Zolan uşaqlarla yaxından maraqlanıb, çoxlu xatirə şəkilləri çəkdirib. O, tədbirdəki çıxışında 23 Aprel 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramını uşaqlarla birlikdə qeyd etmək istədiklərini bildirib. Bələdiyyə sədri uşaqlara təbrik, övladlarına güvənən və onları əmanət edən bütün valideynlərə isə təşəkkür edib: “Biz də sizin övladlarınıza öz övladlarımız kimi baxırdıq. Burada çalışan müəllimlərimiz uşaqların təhsilinə dəstək oldular”.

Mission News Theme by Compete Themes.