Press "Enter" to skip to content

Bədii proqram möhtəşəm finalla sona çatıb

Final axşamı

Son yeniləmə: 18 Aprel 2023 17:07

BAYRAQDAR MEDİA – Yerli vətəndaşların sosial rifahı üçün davamlı addımlar atan Denizli Böyükəşəhər Bələdiyyəsinin Ramazan ayında da maraqlı bədii proqram hazırladığı barədə xəbər vermişdik.

Bu barədə BAYRAQDAR MEDİA-ya özəl özəl açıqlamasında Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür ve Sosyal İşler Dairesi başqanı Hudaverdi Otaklı məlumat vermişdi.

Bələdiyyədən maraqlı bədii proqram

Bu arada isə bəlli olub ki, proqram möhtəşəm finalla sona çatıb.

Bələdiyyədən BAYRAQDAR MEDİA-ya bildirilib ki, final gecəsində məşhur sənətçilər Eşref Ziya Terzi və Aykut Kuşkaya təsəvvüf musiqisi melodiyaları ilə tamaşaçıları valeh ediblər. Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən proqrama Denizli Böyükşəhər Bələdiyyəsi Məclis başqanının müavini Ali Değirmenci, Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür ve Sosyal İşler Dairesi başqanı Hudaverdi Otaklı, qonaqlar və çox sayda vətəndaş qatılıb.

Gözəl təsəvvüf musiqisi melodiyaları ilə tamaşaçıları valeh edən Eşref Ziya Terzi və Aykut Kuşkaya iştirakçılar tərəfindən uzun müddət alqışlarla qarşılanıb.

Gecənin sonunda sənətçilərə Denizli xoruzu fiquru olan postament hədiyyə edən sədr müavini A.Değirmenci gözəl proqrama görə E.Z.Terzi və A.Kuşkayaya təşəkkür edib.

Mission News Theme by Compete Themes.