Son yeniləmə: 18 Aprel 2023 17:03
BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Astarada din xadimləri ilə görüşüb.
Bu haqda İnstitutun yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “görüşdə Astara Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və din xadimləri iştirak ediblər. Tədbir zamanı iştirakçılara Aİİ haqqında geniş məlumat verilib, həmçinin din xadimlərinin sualları cavablandırılıb”.
Onu da qeyd edək ki, Aİİ rəhbərliyi bir neçə gün öncə Astaradakı orta məktəbdə də olub, şagirdlərə maarifləndirici xarakterli məlumatlandırma tədbiri keçirib.