Press "Enter" to skip to content

Tırnovo Konstitusiyasının 144-cü ildönümü qeyd olunub

Çar Bolqarıstanının Konstitusiyası

Son yeniləmə: 17 Aprel 2023 16:39

BAYRAQDAR MEDİA – Aprelin 16-da Tırnovo Konstitusiyası kimi tanınan Çar Bolqarıstanının Konstitusiyasının qəbul edilməsinin 144-cü ildönümü tamam olub.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, öz dövrü üçün yenilikçi və mütərəqqi olan bu konstitusiya Avropanın qabaqcıl universitetlərində təhsil almış bolqarlar tərəfindən yazılmışdır: “Konstitusiyada şəxsi toxunulmazlıq, xüsusi mülkiyyət, mətbuat azadlığı, təşkilatlanma hüququ və digər demokratik prinsiplər öz əksini tapmışıdr”.

Məlumata görə, 1947-ci il dekabrın 4-də kommunist rejimi hakimiyyətə gəldikdən sonra Tırnovo Konstitusiyası Bolqarıstan Xalq Respublikasının Konstitusiyası ilə əvəz olunub.

Mission News Theme by Compete Themes.