Press "Enter" to skip to content

Səhnələşdirilmiş məhkəmə müsabiqəsi

Tədbir zamanı

Son yeniləmə: 17 Aprel 2023 17:17

BAYRAQDAR MEDİA – “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 17-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, “Elsa Azərbaycan”ın prezidenti Rəhim Abasov, “Elsa Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident Nərminə Hüseynzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

Məlumata əsasən tədbirdə M.Vəliyeva çıxış edib: “M.Vəliyeva “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yuxarı sinifdə təhsil alan xüsusilə də təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən məktəblilərin hüquqi biliklərini artırmaq, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. İdarə müdiri müsabiqənin bütün iştirakçılarına uğurlar arzulayıb. “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsinin təqdirəlayiq bir missiya olduğunu deyən İdarə müdiri Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutduğunu söyləyib”.

Müsabiqənin əhəmiyyəti barədə danışan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İ.Əliyev məktəblilərin bu müsabiqədə iştirak etməklə hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı əldə etdiklərini söyləyib.

Digər çıxışçılar da səhnələşdirilmiş məhkəmə müsabiqəsinin keçirilməsinin əhəmiyyəti barədə danışıblar.
Qeyd edilib ki, daha sonra “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib: “Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar. Sonra növbəti tura vəsiqə qazanan komandalar təltif olunublar”.

Mission News Theme by Compete Themes.