Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan Denizliyə gedəcək

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – “Türkiyənin gələcəyi üçün görülən işlər Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi və AK Partinin güclü dəstəyi ilə həyata keçirilir. Bu çərçivədə Denizlidə keçiriləcək möhtəşəm toplantı Türkiyənin daha güclü və sabit gələcəyə doğru atdığı möhkəm addımların əksi olacaq”.

Deda Haberin məlumatına görə, bunu AK Partinin Denilzi İl başqanı Yücel Güngör deyib.

Məlumata görə, aprelin 19-da R.T.Erdoğan Denizliyə səfər edəcək. Mayın 14-də Türkiyədə keçiriləcək cümhurbaşqanı və və parlament seçkiləri öncəsi reallaşacaq bu səfər çərçivəsində Denizlinin 29 Ekim Bulvarında saat 16:30-da yerli sakinlərlə görüş-mitinq olacaq.

Bununla bağlı Denizli sakinlərinə müraciət edən Yücel Güngör “Sayın Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyənin bir çox sahədə əldə etdiyi nailiyyətlər və hədəflər istiqamətində irəliləməyə davam edirik. Mən bütün həmşəhərlilərimi bu möhtəşəm toplantıya dəvət edirəm” deyib.

O, qeyd edib ki, “Bu əsr Cümhurbaşqanımızın rəhbərliyi ilə Türkiyə əsri olacaq. Biz gələcəyə birlikdə addım-addım, möhkəm və əmin addımlarla gedirik. Biz hazırıq, Denizli hazır, Türkiyə hazır”.

Mission News Theme by Compete Themes.