Press "Enter" to skip to content

KKTC-nin sağlamlıq turizmindəki hədəfləri bəllidir

KKTC

Son yeniləmə: 17 Aprel 2023 13:18

Ahmet Savaşan: 2023-cü il sağlamlıq turizmində sürətlənmənin artacağı bir il olacaq

BAYRAQDAR MEDİA – KKTC-nin Ulusal Birlik Partiyasının (UBP) millət vəkili və Dünya Sağlamlıq Turizmi Şurasının sədri Dr. Ahmet Savaşan 30-a yaxın ölkədən 600 iştirakçını bir araya gətirən dünyanın 5-ci ən böyük turizm sərgisi olan EMITT İstanbulda iştirak edərək yeni müqavilələr imzalayıb.

Bu barədə bu günlərdə Kibris Postası məlumat yayıb.

Bildirilib ki, Dr. Ahmet Savaşan sərgidə Türkuyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy başda olmaqla TÜRSAB Yönetim Kurulu başqanı Firuz Bağlıkaya, həmçinin, bir çox ölkələrin nümayəndələri və turizm mütəxəssisləri ilə görüşüb.

Dr. Ahmet Savaşan, bildirib ki, “Bu il 500 milyon avro biznes həcminə çatmağı qarşısına məqsəd qoyan EMITT sərgisi qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır”.

Mütəxəssislərin müalicə turizminə tələbatın artmağa davam edəcəyini göstərdiyini ifadə edən A.Savaşan, turistlərin ənənəvi sağlamlıq səyahətlərindən sıxılaraq daha maraqlı alternativləri sınamaq istədiklərinin araşdırmalarda müəyyən edildiyinə diqqət çəkib.

O, “Dünyada baş verən dəyişiklikləri bilə-bilə qarşılayacaq sağlamlıq turizmi məhsullarımızla başda Ümumdünya Sağlamlıq Turizmi Şurasına üzv ölkələrdən olmaqla dünyanın bir çox coğrafiyasından sağlamlıq turistlərini ölkəmizə gətirmək üçün səylərimizi sürətləndirdik. İnanıram ki, 2023-cü il sağlamlıq turizmində sürətimizin artacağı il olacaq” deyib.

Mission News Theme by Compete Themes.