Press "Enter" to skip to content

Ermənilər bu əməlləri ilə özləri özlərini ifşa etdilər

Telman Nüsrətoğlu

Son yeniləmə: 17 Aprel 2023 15:20

Telman Nüstəroğlu: Beynəlxalq federasiyalar bundan sonra Ermənistanda hər hansı beynəlxalq idman yarışının keçirilməsinə imkan verməməldirlər

BAYRAQDAR MEDİA – “Bu hadisə bir daha erməni əxlaqını, erməni faşizmini, o cümlədən ermənilərin nə qədər tolerantlıqdan, dünya insanlıq mədəniyyətindən uzaq bir millət olduğunu göstərdi. Bu həm də dünya üçün Ermənistanla Azərbaycanın, erməni xalqı ilə Azərbaycan xalqının arasındakı fərqi görməyə imkan yaratdı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

O, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasının erməni kimliyinin növbəti bariz nümayişi olduğunu bildirib: “Müqayisədə paralellik aparsaq bizim Azərbaycanda bu tip beynəlxalq tədbirlər zamanı hətta dövlət başçısı erməni idmançıya qazandığı medalı təqdim etmişdi. Ümumiyyətlə, Azərbaycan hər zaman bu cür yüksək mədəniyyət nümunəsi sərgiləyib. Ermənilər isə özlərini giya qədim mədəniyyətin nümayəndəsi kimi təqdim etməyə çalışırlar. Hətta bu cür yalanlarla Qərbi də aldatmağa çalışırlar. Reallığa gələndə isə onların necə bir “mədəniyyətin” daşıyıcısı olduğunu bütün dünya gördü. Bəlli oldu ki, ermənilərin heç bir mədəni rituallardan xəbərləri yoxdur”.

T.Nüsrətoğlu deyib ki, baş verən vəhşilik başqa bir həqiqəti də üzə çıxardı: “Bu bir idman yarışıdır. İdman yarışları ilə bağlı dünyada qaydalar var və o qaydalara riayət etmək lazımdır. Ancaq ermənilər bununla göstərdilər ki, onlar heç bir idman yarışı keçirməyə qadir, bu mədəniyyətə malik deyillər. Ona görə də beynəlxalq federasiyalar bundan sonra Ermənistanda hər hansı beynəlxalq idman yarışının keçirilməsinə imkan verməməldirlər. Biz bununla bağlı bütün beynəlxalq idman təşkilatlarına müraciət etməliyik”.

Müsahibimiz sonda “əslində, biz uzun illərdir ermnilərin azərbaycanlılara qarşı kütləvi və amansız qətliamlar, soyqırımları törətdiyini, insanlıq əleyhinə çoxsaylı cinayətlərə baş vuruduqlarını, təkcə insanlara deyil, mədəniyyət və tarixi abidələrə də qarşı cinayətlər törətdiklərini bütün dünyaya bəyan ediridik. Lakin dünya buna etinasız yanaşırdı. Amma indi ermənilər özləri özlərini bu əməlləri ilə ifşa etdilər. Dünyaya əsl kimliklərini göstərdilər” deyə əlavə edib.

Mission News Theme by Compete Themes.