Press "Enter" to skip to content

“Bütöv Azərbaycan Koordinasiya Mərkəzi”nin təqdimatı olacaq

BAYRAQDAR MEDİA – Aprelin 22-də saat 12:00-da “Astoria-Bakı” otelinin konfrans salonunda “Bütöv Azərbaycan Koordinasiya Mərkəzi”nin təqdimat mərasimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 17-də Bütöv Azərbaycan Ocaqlarından (BAO) daxil olub.

Xəbərdə deyilir ki, “”Bütöv Azərbaycan Koordinasiya Mərkəzi”nin yaradılmasınında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan Türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir. Mərkəzin işində millət vəkilləri, ziyalılar, Azərbaycanın Güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər”.

Qeyd edək ki, 17 dekabr 2022-ci ildə BAO-nun təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdi. Forumda BAO “Bütöv Azərbaycan Koordinasiya Mərkəzi”nin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış etmiş və forum iştirakçıları tərəfindən müsbət qarşılanmışdı.

II Bütöv Azərbaycan Forumu mühüm çıxışlarla yadda qalıb

Mission News Theme by Compete Themes.