Son yeniləmə: 17 Aprel 2023 11:24
Hüseyn Büyükfırat: Dəhşətli zəlzələdən həmən sonra Hatay, Maraş, Adıyamanda çox önəmli işlər gördük və hazırda da görürük
BAYRAQDAR MEDİA – “Bizim hazırki missiyamız bəllidir. Fevralın 6-da baş verən dəhşətli zəlzələdən həmən sonra Hatay, Maraş, Adıyamanda çox önəmli işlər gördük. Bizə bu sahədə güc verən əsas amil isə Azərbaycan xalqı oldu. Zəlzələdən sonra Azərbaycan xalqı, 7-dən 77-yə hər bir kəs Türkiyəyə yardım üçün səfərbər oldu. Biz də bu iki qardaş xalq arasında körpü halına gəldik. Təbii fəlakət bölgəsində çox gözəl işlər gördük və hazırda da görürük. Mən TÜİB-in hər il ənənəvi olaraq keçirdiyi ftar tədbirinə görə bu gün gəlmişəm və inşallah yenidən bölgəyə dönəcəm. Fürsətdən istifadə edib bu yardımlar üçün bütün Azərbaycan xalqına, bütün iş adamlarımıza, həmçinin, bu istiqamətdəki bütün işlərimizü diqqətdə saxlayan, çağırışlarımızı Azərbaycan ictimaiyyətinə çatdıran media təmsilçilərinə təşəkkür edirəm. Onu da qeyd edim ki, bu axşam biz bu çərçivədə yardım göstərən iş adamlarına təşəkkür plaketləri, Sərvər Bəşirliyə isə “Türkiyə-Azərbaycan kardeşliğinin Gönül elçisi” plaketini təqdim edəcəyik”.
Bunu BAYRAQDAR MEDİA-ya Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.
Zəlzələdən sonra Adıyamanda bir sıra mühüm fəaliyyətlərin həyata keçirilməsində yaxından iştirak edən, H.Büyükfırat bu sahədə iki layihənin üzərində xüsusilə dayandı: “Bildiyiniz kimi, Adyamanda bütün məktəblər dağıldığı üçün hələ dərslər başlamayıb. Amma biz orada təhsil kampusu qurduq. Bu layihənin memarı mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircan bəyə, o cümlədən Türkiyənin Milli Təhsil Nazirliyinə və dəstək verən bütün dövlət qurmlarımıza təşəkkür edirəm. Qeyd edim ki, Adyamanda qurulan Beşpınar Kültür ve Eğitim kampusunda bütün siniflər TÜİB olaraq bizim Azərbaycandan apardığımız çadırlarda quruldu. Hazırda orada gündə 1500 şagirdə bizim bizim qurduğumuz təhsil çadırlarında dərs keçirilir. Eyni zamanda sosial marketlərdə də hazırda 60 min ailəyə qida və paltar paylandı. Biz bu sosial market layihəsini Ahmet Misbah Demircan bəylə birlikdə ortaq olaraq qurduq. Biz apardığımız yardımları o sosial market vasitəsilə xalqa çatdırırıq”.
H.Büyükfırat onu da bildirib ki, TÜİB Azərbaycan-Türkiyə arasında işgüzar və mədəni-humanitar əlaqələrinin güclənməsində mühüm rol oynayır, bundan başqa, təşkilat bir sıra vacib təşəbbüslərin müəllifidir: “Belə təşəbbüslərdən biri Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dəstək üçün yaradılan “Tək millət, tək ürək” platformasıdır. Platforma çərçivəsində qazilər, şəhid ailələri, şəhid övladlarına dəstək üçün bir sıra layihələr reallaşdırılmaqdadır”.
Bu projenin mimari @AhmetMisbah beye teşekkür ederim.
İyiki böylesi güzel bir projeye paydaş olduk.
Adıyaman için önemli bir hizmet oldu.Beşpınar Eğitim Kültür Merkezi pic.twitter.com/9qbtgPWGCT
— Hüseyin Büyükfırat (@hbuyukfirat) March 28, 2023
Qeyd edilib ki, şəhid övladlarının xaricdə təhsili layihəsi çərçivəsində hazırda 19 şəhid ailə üzvü Türkiyənin Sivas Universitetində pulsuz təhsil alır, bütün xərclər isə TÜİB üzvləri tərəfindən qarşılanır: “Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə reallaşdırılan “Qardaş ailəsi” layihəsi çərçivəsində isə TÜİB üzvləri indiyədək 2300 ailəyə baş çəkib, problemləri ilə maraqlanıb və dəstək veriblər. Eləcə də bu layihə çərçivəsində şəhid ailələrinin Türkiyənin müxtəlif bölgələrinə səfərləri təşkil edilir, onlara qayğı və ehtiram göstərilir. Son olaraq onu da qeyd edim ki, hər il ənənəvi olaraq təşkil etdiyimiz iftar yeməyi tədbirini bu il də keçiririk. Yenə də şəhid və qazi ailərinin üzvləri, həmçinin, Türkiyədə əsrin fəlakəti olaraq dəyərləndirilən zəlzələdən sonra öz dəstəyini göstərən, bu məsələdə xüsusi fəallıq edən dəyərli iş adamları, TÜİB-in üzvləri, Azərbaycanın dəyərli millət vəkilləri və media təmsilçiləri dəvətlidir. Allah həm Azərbaycanımızı, həm Türkiyəmizi bütün bəlalardan qorusun. Hər iki ölkəmziə gözəl günlər nəsib olsun”.