Press "Enter" to skip to content

91 “Startap” şəhadətnaməsi

Son yeniləmə: 17 Aprel 2023 15:22

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 83-ü mikro, 8-i kiçik sahibkarlıq subyektidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 17-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, şəhadətnamələrin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90 faizə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir: “Startap” şəhadətnaməsi almış KOB subyektlərindən 13-ü qadındır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar”

Mission News Theme by Compete Themes.