BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 3a sinif şagirdi İbrahim Hacıyev nüfuzlu beynəlxalq bilik yarışmasında yüksək nəticə göstərərək medal qazanıb.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya aprelin 15-də sözügedən məktəbdən veriblər.
Xəbərdə bildirilir ki, balaca İbrahim qısa adı FISO (Future Intelligence Students Olympiad – Gələcəyin Ağıllı Tələbələri Olimpiadası) olan yarışmanın ilkin mərhələsində iştirak edib. O, riyaziyyat fənni üzrə iştirakın nəticəsində 90 bal toplayaraq bürünc medala layiq görülüb. Bu isə İbrahimin növbəti mərhələ üçün ABŞ-dəki yarışmaya qatılma haqqı qazanması deməkdir.
Əlavə edək ki, İbrahimin medal qazandığı mərhələ Bakı şəhərində keçirilib.
Redaksiyadan: Balaca İbrahimin adı və şəkli valideyninin izni ilə dərc edilir.