Son yeniləmə: 14 Aprel 2023 14:40
BAYRAQDAR MEDİA – KKTC-nin Güvercinlik Rauf Raif Denktaş ibtidai məktəbinin şagird və müəllimləri KKTC parlamentini ziyarət edib.
Bu barədə KKTC parlamentin Mətbuat xidmətinə istinadən Kibris Postası xəbər yayıb.
Bildirilib ki, ziyarətdə 45 şagird 7 müəllim iştirak edib: “Səfər zamanı Cengiz Ratip Kitabxanasında şagirdlərə ətraflı məlumat verilib. Sonra Ümumi Yığıncaq zalında Qərar və Protokol müdiri Pembe İnanç Unan Ersöz tərəfindən məclisin fəaliyyətindən bəhs edən məlumatlandırılma olub. Daha sonra Ümumi Yığıncaq zalında kürsüdən şagirdlərdən Muhammet Akbulut və Burçak Türkmen “Andımız”ı, Dərviş Bozdoğan “23 Aprel” şeirini, Elif Su Çil və Yusuf Atılgan isə “Mənim iki bayrağım var” şeirini oxuyublar”.
Qeyd edilib ki, parlamentin sədri Zorlu Töre salonda şagirdlərlə görüşüb. O, şagirdlərə məktəbə adı verilən Rauf Raif Denktaş ilə birlikdə Dr. Fazıl Küçükün də Kıbrıs türk xalqının milli mübarizəsinin liderləri olduğunu dilə gətirib.
Z.Töre çıxışında Mustafa Kemal Atatürkün cümhuriyyət, gənclik və uşaqlarla bağlı fikirlərindən nümunələr gətirərək, bundan sonra da Atatürkün yolunu davam etdirəcəklərini, cümhuriyyətdən heç vaxt vaz keçməyəcəklərini bildirib.